Cinayətkar zibil qutusunda gizləndi,  helikopterlə tapdılar
26 avqust 2023 15:31 (UTC +04:00)

Cinayətkar zibil qutusunda gizləndi, helikopterlə tapdılar

Britaniyanın Devon qraflığında polis zibil qutusunda gizlənməyə çalışan şübhəlini saxlayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarı polis helikopterinin göyərtəsində quraşdırılmış termal kamera sayəsində tapıblar. Belə ki, helikopterin pilotu, “Soldakı beşinci zibil qutusu Milad ağacı kimi işıq kimi parıldayır” deyib.

Bundan sonra polislər konteyneri mühasirəyə alıblar. Onlardan biri qapağı açıb içəridəki şübhəlini görüb. Adam tapıldığını görüb ayağa qalxıb, bundan sonra onu çıxarıb saxlayıblar. Həmin şəxsin hansı qanun pozuntularına görə axtarıldığı barədə məlumat verilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2088
avatar

Oxşar yazılar