Çerniqovda Rusiya qüvvələrinin hava zərbələrindən sonra xilasedicilər 33 ölü və 18 yaralının cəsədini dağıntılar altından çıxarıblar.
Lent.az Ukrayna mediasına istinadla bildirir ki, bu barədə ölkənin daxili işlər nazirinin müavini Anton Qeraşenko məlumat yayıb.
Atışmalara görə xilasetmə işlərinin dayandırıldığı qeyd edilir.
Bu gün səhər saatlarında Çerniqovda neft anbarına mərmi düşdüyü bildirilib. Daha sonra yaşayış məntəqələrinə raket zərbələri endirilib. Rusiya aviasiyası Staraya Podusovka ərazisində iki məktəbə və fərdi yaşayış evlərinə də hücum edib.