Cənubi Amerikada 2 jurnalist  öldürüldü
28 avqust 2022 22:47 (UTC +04:00)

Cənubi Amerikada 2 jurnalist öldürüldü

Naməlum şəxslər Kolumbiyanın Maqdalena departamentində 2 jurnalisti öldürüb.

Lent.az-ın TASS-a istinadla xəbərinə görə, bu barərə “Caracol” radiosu məlumat yayıb. 

Naməlum şəxslər Leyner Montero, Diliya Kontreras və Xoakin Qutyerresin olduğu avtomobilə odlu silahdan atəş açıblar. Montero və Kontreras hadisə yerində ölüb, Qutyerres ağır yaralı halda xəstəxanaya yerləşdirilib. 

Şəhər rəhbərliyi hadisə ilə bağlı təcili iclas çağırıb. Leyner Montero yerli radionun rəhbəri idi. Digər jurnalistlər bir neçə media qurumunda işləyiblər. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1311
avatar

Oxşar yazılar