ABŞ-ın San-Fransisko şəhərindən olan reportyor Don Ford oğurluq faktı ilə üzləşib.
APA “Daily Mail”ə istinadən xəbər verir ki, jurnalist avtomobil oğurluqları ilə bağlı süjet çəkərkən onun videokamerası oğurlanıb.
Ford avtomobil qaçırılması faktı ilə bağlı şahidlərdən müsahibə götürməyə hazırlaşarkən onun yanında bir avtomobil dayanıb. Avtomobildən düşən bir neçə nəfər jurnalistə tapança göstərib, çəkiliş avadanlıqlarını verməyi tələb ediblər.
Sonradan Ford “Twitter” səhifəsində bildirib ki, həyatı hər cür avadanlıqdan daha qiymətlidir.
Qeyd edək ki, polis oğurlanmış əşyaları tapıb, lakin cinayətkarlar hələ də axtarışdadır.