İşğaldan azad olunmuş Cəbrayıl rayonunda daha 3 erməni hərbçinin qalıqları aşkar olunub.
Lent.az-ın xəbərinə görə, bu barədə “Sputnik Armenia” saytı məlumat yayıb.
Hərbçilərin şəxsiyyəti Ermənistanda keçiriləcək məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcək.
Bununla da işğaldan azad olunmuş ərazilərdə aparılan axtarış əməliyyatları zamanı ümumilikdə 1645 erməni hərbçinin cəsədi və ya qalıqları tapılıb.