Sala Hafiz
15 sentyabr 2022 17:44 (UTC +04:00)

Sala Hafiz

Canlı yayım açıb banka hücum etdi - VİDEO

Livanda qız bacısının müalicəsi üçün bankın işçilərindən 20 min dollar tələb edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, paytaxt Beyrut şəhərinin sakini Sala Hafiz cinayət ortaqları ilə birlikdə yerli banka silahlı basqın edib. Oğurluq zamanı  sosial şəbəkələrdə canlı yayım edərək hərəkətinin səbəbini açıqlayıb.

Qız işçiləri tapança ilə hədələyərək onlardan xəstə bacısına lazım olan 20 min dolları vermələrini tələb edib. Bu arada ortaqlar binaya benzin də töküblər.

Basqın edən qız sosial şəbəkə istifadəçilərinə bunun quldurluq olmadığını deyib. Onun sözlərinə görə, bankda bacısının əmanəti olan pulu var. Burada məhz həmin bankın verməkdən imtina etdiyi bacısının əmanəti üçün gəlib.

Qız demək olar ki, uzun müddət bankda qalıb. Lakin polisin gəlməsinə qədər gizlənə bilib.

Sosial şəbəkə istifadəçiləri isə Sala Hafizin hərəkətlərini dəstəkləyiblər.

Livanda banka hücum

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1497
avatar

Oxşar yazılar