Bulvar 99 milyona satışa QOYULDU
27 oktyabr 2023 18:13 (UTC +04:00)

Bulvar 99 milyona satışa QOYULDU

Leninqrad vilayətinin Murino şəhərindəki Petrovski bulvarı 99 milyon rubla (təxminən 1 milyon 782 min manat) satışa qoyulub.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, bu barədə bulvarın sahibi “Avito” platformasında müvafiq elan yerləşdirib.

Sahəsi səkkiz min kvadratmetr olan bulvar oktyabrın 16-dan satışa çıxarılıb. Satıcı isə Semko İnkişaf Agentliyidir. Şirkət nümayəndələri qeyd edirlər ki, ərazi ticarət obyektləri üçün əlverişli yer olacaq. “Bulvardan idman, sərgilər, meydançalar və abadlıq işləri üçün də istifadə oluna bilər”, - deyə elanda qeyd olunub.

Bulvarın ərazisi R-2 zonasında yerləşir və “ictimai istifadə üçün yaşıl ərazi” hesab olunur. Yəni, obyekt parklar, meydanlar, bağlar, süni su anbarları, mühəndis-texniki təminat obyektləri, qida obyektləri və yolların salınması üçün əlverişlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 56217
avatar

Oxşar yazılar