Rəcəb Tayyib Ərdoğan xaricdə yaşan həmvətənlərinə müraciət edib.
Lent.az xəbər verir ki, Ərdoğan bu barədə öz Tvitter hesabında paylaşım edib.
Paylaşımda deyilir:
"Hörmətli xaricdə yaşayan həmvətənlər. Rekord fəallıqla seçki qutularını partlatdığınız seçkilərin birinci turunu uğurla başa vurduq. Bütün çətinliklərə baxmayaraq, siz öz vətəndaşlıq borcunuzu ən yaxşı şəkildə yerinə yetirdiniz. Mənə və Cumhur İttifaqına böyük lütf göstərdiniz. Terror təşkilatı üzvlərinin sizi qorxutmaq, təzyiq göstərmək, iradənizi qəsb etmək cəhdlərinə boyun əymədiniz. Siz türk demokratiyasının qüdrətini gücləndirdiniz, bir millət olaraq hamımızı qürurlandırdınız. Artıq hər biriniz öz adınızı siyasi tariximizə qızıl hərflərlə yazmısınız.
Göstərdiyiniz bu düzgün, demokratik və qətiyyətli mövqeyə görə Sizə ürəkdən minnətdarlığımı bildirmək istəyirəm. İndi qarşımızda prezident seçkilərinin ikinci turu var. Sabahdan (20 May, şənbə) xaricdə və gömrük qapılarında səsvermə başlayır. Olduğunuz ölkələrdəki seçki tarixlərini yaxından izləyərək demokratik hüququnuzdan istifadə etməyinizi xahiş edirəm. Sizdən, millətimizin xaricdəki nümayəndələrindən bir daha sizin iradənizi güclü şəkildə dəstəkləyəcəyinizi gözləyirəm.
Bu sınaqdan vicdanla çıxacağımıza ürəkdən inanıram".