Bu şəxslərə siqaret satılması  qadağan   oluna bilər
17 mart 2022 08:24 (UTC +04:00)

Bu şəxslərə siqaret satılması qadağan oluna bilər

0

Danimarkada 2010-cu ildən sonra anadan olan insanlara siqaret satılması ilə bağlı qadağalar təklif edilir.

Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, hazırda ölkədə 2010-cu ildən sonra anadan olan bütün vətəndaşlara siqaret və nikotin məmulatlarının satışının qadağan edilməsi ilə bağlı planlara baxılır.

Bu addım növbəti danimarkalı nəsillərin tütünə çıxışının məhdudlaşdırılmasına yönəldilib.

Danimarkanın səhiyyə naziri Maqnus Xoynikenin sözlərinə görə, zərurət olduqda ölkə müvafiq qərarı qanunvericilikdə dəyişikliklərlə təsbit etməyə hazırdır.

Qüvvədə olan qaydalara əsasən, 18 yaşına qədər Danimarka vətəndaşlarına tütün almaq və ya elektron siqaret çəkmək qadağandır. Lakin, 15-29 yaşarası qrupa aid təxminən 31 faiz insan hələ də tütün məmulatlarından istifadə edir.

Səhiyyə naziri əlavə edib ki, siqaret çəkmək Skandinaviya ölkəsində xərçəng xəstəliyinin əsas səbəblərindən biridir və ildə 13 600 nəfərin ölümü ilə nəticələnir, bu da ölkənin gələcək nəsli üçün ciddi problemə çevrilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2033

Oxşar yazılar