Bu şəhərdə 190 ilin ən isti  günü oldu
11 iyul 2023 17:59 (UTC +04:00)

Bu şəhərdə 190 ilin ən isti günü oldu

İyulun 11-də günorta Yekaterinburqda havanın temperaturu 40 dərəcəyə yüksəlib.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, bu da bütün müşahidələr tarixində rekord göstərici olub. 

Yerli sinoptiklərin sözlərinə görə, bu, yalnız müəyyən bir gün üçün məlumatların rekordu deyil. Son 190 ilin mütləq rekordudur. Belə ki, 1891-ci ilin iyulun 11-də temperatur 33,6-ya çatıb.

Bildirilir ki, iyulun 12-si axşam saatlarında havanın temperaturu enməyə başlayacaq.

Yekaterinburqda əvvəlki temperatur rekordu 2020-ci il iyulun 16-da, termometr +39,1 dərəcəyə qalxdığı zaman qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1926
avatar

Oxşar yazılar