Bu ölkənin prezidenti beynəlxalq axtarışa  verildi
24 sentyabr 2024 17:36 (UTC +04:00)

Bu ölkənin prezidenti beynəlxalq axtarışa verildi

Argentinanın Buenos-Ayres məhkəməsi Venesuela prezidenti Nikolas Maduronun insan haqlarının pozulması iddialarına görə beynəlxalq axtarışa verilməsinə qərar verib.

Lent.az xarici mediaya istinadla bildirir ki, məhkəmə Venesuela liderini bəşəriyyətə qarşı cinayətlərdə ittiham edən Argentina prokurorlarının tələbinin təmin edilməsinə qərar verib. Argentina məhkəməsi hesab edib ki, bu cür ittihamlar universal yurisdiksiyaya aiddir, ona görə də Maduronu axtarışa vermək səlahiyyəti var.

Bundan əvvəl Venesuela məhkəməsi Venesuela prezidenti Nikolas Maduronun təyyarəsinin müsadirə edilməsi işi üzrə Argentina prezidenti Xavyer Maylinin həbsinə order verib.

Sentyabrın 19-da Venesuelanın baş prokuroru Tarek Vilyam Saab bildirib ki, onun rəhbərlik etdiyi departament Mayli, onun bacısı və Prezident Aparatının baş katibi Karina Mayli, eləcə də Argentinanın təhlükəsizlik naziri Patrisiya Bullrixin saxlanması üçün order axtarır. Argentina siyasətçiləri böyük oğurluqda ittiham olunurlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1782
avatar

Oxşar yazılar