Bu gün səhər Rusiyanın Yelts şəhər həbsxanasından ölkənin ən qatı cinayətkarlarından sayılan "qanuni oğru" "Giya Samtredski" ləqəbli Georgi Vaşakmadze azadlığa buraxılıb.
Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, 43 yaşlı Samtredski qətl, quldurluq, banditizm, qanunsuz silah gəzdirmə və digər cinayətlərdə günahkar bilinərək indiyədək ömrünün 21 ilini həbsxanada keçirib.
Məlumata görə, o, Rusiyanın ən qəddar cinayətkarlarından sayılır. Kriminal həyatı boyu isə "Ded Xasan" klanı ilə mübarizə aparıb.