Bu ölkənin əhalisi koronavirusa qarşı tam peyvənd olundu – DÜNYADA İLK
28 noyabr 2021 04:36 (UTC +04:00)

Bu ölkənin əhalisi koronavirusa qarşı tam peyvənd olundu – DÜNYADA İLK

0

Birləşmiş Ərəb Əmirliklərinin peyvənd edilməsi tələb olunan bütün əhalisi azı 1 doza vaksin qəbul edib.

Lent.az-ın xəbərinə görə, bu barədə ölkənin səhiyyə nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, vaksin yaşı çatanların hamısı azı bir doza Covid-19 əleyhinə vaksin qəbul edib. Ölkə əhalisinin 90.18%-i isə tam peyvəndlənib. Beləliklə, BƏƏ vaksinlənmə tempinə görə dünyada birinci ölkədir.

Qeyd edək ki, BƏƏ-də koronavirus əleyhinə peyvəndləmə 3 yaşından başlayır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2529

Oxşar yazılar