Ksavye Bettel
02 fevral 2022 05:15 (UTC +04:00)

Ksavye Bettel

Bu ölkənin Baş nazirinin diplom işi plagiat çıxdı

Lüksemburqun Baş naziri Ksavye Bettel diplom işində plagiat iddiasına görə 1999-cu ildə Fransanın Nansi Universitetinin verdiyi bakalavr diplomundan imtina edib.

Lent.az-ın xəbərinə görə, Bettel bildirib ki, akademik etibarlılığı qorumaq üçün diplomdan imtina edib və universitetdən üzr istəyib. 
Öz növbəsində Universitet məzunun diplom işini yenidən nəzərdən keçirərək müvafiq istinadları yerləşdirməsini tələb edib. Əks halda, diplom ləğv ediləcək. 

Qeyd edək ki, ötən oktyabrda reporter.lu saytı Bettelin bakalavr diplomunun dörddə üçünün istinad verilmədən başqa mənbələrdən götürüldüyünü yazmışdı.

Xatırladaq ki, son illərdə Almaniya və Lüksemburqda onadək nazir plagiat iddiasına görə istefa verməli olub. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1398
avatar

Oxşar yazılar