Bu ölkələrin vətəndaşları “evsiz millətlər” hesab edilir - SİYAHI
24 oktyabr 2021 09:46 (UTC +04:00)

Bu ölkələrin vətəndaşları “evsiz millətlər” hesab edilir - SİYAHI

ABŞ Dövlət Departamenti Amerika vizası almaq istəyən rusları “evsiz vətəndaş” kimi təsnif edib.

APA xəbər verir ki, bu barədə məlumat Departamentin saytında dərc olunub.

Məlumatla bağlı aydınlıq gətirilir ki, o ölkələrin vətəndaşlarını bu kateqoriyaya aid edirlər ki, onların ABŞ–da konsulluq missiyası yoxdur və ya siyasi vəziyyəti qeyri-sabit hesab edilir. Bu isə diplomatik missiya işçilərin vətəndaşlarının viza üçün müraciətlərinə baxmasına imkan vermir. Bu halda, ərizəçilər bir və ya bir neçə qonşu ölkənin konsulluğuna müraciət edir.

Qeyd olunur ki, hazırda ruslar Amerika vizası üçün Polşanın paytaxtı Varşavada müraciət edə bilərlər.

Ümumilikdə on ölkənin vətəndaşları “evsiz millətlər” siyahısına daxil edilib. Bunların arasında Venesuela, Yəmən, İran, Kuba, Liviya, Suriya, Somali, Cənubi Sudan və Eritreya var.

# 3378
avatar

Oxşar yazılar