Filippinin cənub sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.
Lent.az-ın xəbərinə görə, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.
Zəlzələ Mati şəhərindən 110 kilometr cənubda, 25 km dərinlikdə qeydə alınıb.
Dağıntı və tələfatla bağlı məlumat yoxdur.