ABŞ-ın Montana ştatının qubernatoru Qreq Canforte ştatda "TikTok"u qadağan edən qanun layihəsini imzalayıb.
Lent.az xəbər verir ki, bu barədə Q.Canforte özünün "Twitter" səhifəsində yazıb.
"Montana sakinlərinin şəxsi məlumatlarını Çin Kommunist Partiyasından qorumaq üçün "TikTok"u qadağan etdim", - deyə qubernator bildirib.
Beləliklə, Montana tətbiqi qadağan edən ilk ABŞ ştatı oldu.