Bu ölkədə rus dilində filmlər və mahnılar üçün güllələnmə  TƏLƏBİ
22 sentyabr 2024 14:32 (UTC +04:00)

Bu ölkədə rus dilində filmlər və mahnılar üçün güllələnmə TƏLƏBİ

Litvadan olan teleaparıcı Alqis Ramanauskas rus dilində yüksək səslə mahnı dinləyənləri və filmlərə baxanları güllələməyə  çağırıb. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, nümunə olaraq o, ailədə atanın uca səslə rus filminə baxması, ananın isə rus musiqisinə yüksək səslə qulaq asdığı bir vəziyyəti göstərib.

“Burada sual ondan ibarətdir ki, əvvəlcə nə etmək lazımdır – uşaqları uzaqlaşdırıb, sonra valideynləri güllələmək və ya uşaqların gözü qarşısında... Xeyr, əlbəttə ki, əvvəlcə uşaqları aparın, sonra da güllələyin,” - Ramanauskas deyib və əlavə edib ki, "uşaqlar onlardan götürülməlidir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2874
avatar

Oxşar yazılar