Bəzi qadınlar çox qısa geyinir və ayaqları görünür. Bu da sürücülərin diqqətini yayındıraraq ölümlə nəticələnən qəzaya səbəb olur.
Lent.az-ın xəbərinə görə, bu açıqlama ilə Uqandanın Səyyar Satıcılar Assosiasiyasının rəhbəri Patrik Obote çıxış edib.
Minlərlə yük avtomobili sürücüsünü birləşdirən qurumun rəhbərinin qərarı dərhal qüvvəyə minib. Qərara görə sürücülər hətta öz arvadlarını belə yanlarında əyləşdirə bilməzlər.
Qərar ötən həftə 9 nəfərin ölümü, 20 nəfərin xəsarət alması ilə nəticələnən qəzadan sonra verilib. Hüquq müdafiəçiləri qərarı konstitusiyaya zidd hesab edirlər.