Bu ölkədə naməlum xəstəlik 5 nəfərin ölümünə səbəb oldu
05 sentyabr 2022 02:50 (UTC +04:00)

Bu ölkədə naməlum xəstəlik 5 nəfərin ölümünə səbəb oldu

Argentinada beş nəfər legionella bakteriyasının yaratdığı pnevmoniyadan ölüb.

Lent.az xəbər verir ki, bu barədə Səhiyyə nazirliyi məlumat verib.

Səlahiyyətlilər mənşəyi məlum olmayan 11 pnevmoniya hadisəsi ilə bağlı məlumat paylaşıb. Sonradan xəstəyə legionellyoz diaqnozu qoyulub.

Yoluxmuşların hamısı eyni özəl xəstəxanada işləyirdi və ya müalicə olunurdu.

Legionellyoz (“Legioner xəstəliyi”) müxtəlif növ mikroorqanizmlərin törətdiyi kəskin yoluxucu xəstəlikdir.

Xəstəlik, bir qayda olaraq, kəskin hərarət, ümumi intoksikasiya, ağciyərlərin, mərkəzi sinir sisteminin, həzm orqanlarının zədələnməsi ilə davam edir.

Bu infeksiya su və torpaqda daha yaxşı inkişafedir.

Təbiətdə legionellalar şirin su hövzələrində yosunların simbionları və ya bəzi orqanizmlərin parazitləri kimi olur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1317
avatar

Oxşar yazılar