Qvatemalada 6,1 bal gücündə zəlzələ olub.
Lent.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri 276 min nəfər əhalisi olan Kuenka şəhərindən 30 km şimal-şərqdə yerləşib.
Yeraltı təkanların ocağı 91 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.