Bu ölkədə gözəllik salonları LƏĞV OLUNDU
04 iyul 2023 13:54 (UTC +04:00)

Bu ölkədə gözəllik salonları LƏĞV OLUNDU

Taliban Əfqanıstanda qadın gözəllik salonlarının işini Əfqanıstanda qadağan edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə İslami İrşad Nazirliyinin Kabil bələdiyyəsinə göndərdiyi məktubda deyilir.

Qeyd olunur ki, əvvəllər verilmiş lisenziyalar etibarsız sayılacaq. Bundan əlavə, Əfqanıstanda qadınların idman zallarına, parklara və hamamlara getməsi qadağandır.

Bəzi müəssisə sahiblərinin verdiyi məlumata görə, qadınların gözəllik salonlarında işləməsi ailələrini dolandırmağın yeganə yolu olub.

Sakinlərdən biri qadınların işləmək məcburiyyətində qalmaması üçün Əfqanıstan hakimiyyətini kişilər üçün iş yerləri yaratmağa çağırıb.

2022-ci ilin martında Taliban orta və lisey qızlarının dərslərə getməsini qadağan edib, 2022-ci ilin dekabrında isə bu qadağa ibtidai məktəblərinə də şamil olunub.

Ötən ilin sonunda Əfqanıstanda qadınların həm təhsil, həm də müəllim kimi universitetlərə getməsi qadağan edilib. 13 avqust 2022-ci ildə Kabildə qadınların təhsil hüququ uğrunda nümayişini yatırarkən Taliban atəş açıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2436
avatar

Oxşar yazılar