Bu gün Serbiyada növbədənkənar prezident seçkiləri keçiriləcək.
Lent.az-ın xəbərinə görə, paralel olaraq parlament seçkiləri və bəzi regionlar üzrə bələdiyyə seçkiləri də keçiriləcək.
Prezident kürsüsünə 8 namizəd iddia edir.
Səsvermə saat 07.00-dən 19.00-dək keçiriləcək. Səsvermə hüququ olan 6,5 milyon vətəndaş üçün 8255 seçki məntəqəsi təşkil edilib.