Qırğızıstanın elm və təhsil naziri Almazbek Beyşenəliyev saxlanılıb.
Lent.az xəbər verir ki, bu barədə Qırğızıstna Daxili İşlər Nazirliyi məlumat yayıb.
Sentyabrın 28-də axşam saatlarında saxlanılan nazir Almazbek Beyşenəliyevin rüşvət alarkən saxlanıldığı qeyd edilir.
Daxili İşlər Nazirliyi açıqlamasında bildirib ki, Beyşənəliyev əcnəbi tələbələrin yerli ali məktəblərə qəbul olunması müqabilində onlardan xüsusilə külli miqdarda rüşvət tələb edib. Onun 110 min dollar məbləğində rüşvət aldığı bildirilib.
Nazir, işi üzrə aparılan istintaq çərçivəsində saxlanılıb.
Xatırladaq ki, Almazbek Beyşenəliyev 2022-ci ilin fevralında təhsil naziri təyin edilib.