Bu ölkədə bir günə 460 nəfər COVID-dən öldü
07 yanvar 2023 14:59 (UTC +04:00)

Bu ölkədə bir günə 460 nəfər COVID-dən öldü

Yaponiyada son 24 saatda 460-dan çox insan koviddən ölüb.

Lent.az xarici mediaya istinadən bildirir ki, beləliklə, ölkə koronavirusdan gündəlik ölümlərin antirekordunu yeniləyib. Bu barədə NHK telekanalı məlumat yayıb.

Məlumata görə, gün ərzində 230 mindən çox yoluxma halı aşkar edilib. Bu, pandemiyanın bütün dövrü üçün maksimum göstərici deyil. Lakin bir sıra regionlarda yoluxmuş insanların sayı antirekordu yeniləyib.

Mütəxəssislər xəbərdarlıq edir ki, yoluxmuş insanların sayı yanvarın ikinci yarısında gündəlik 450 min nəfəri keçə bilər.

Qeyd edək ki, Yaponiyada pandemiya ilə əlaqədar heç bir məhdudiyyət yoxdur, lakin ictimai yerlərdə maskalar tələb olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1584
avatar

Oxşar yazılar