İngiltərədə son 24 saat ərzində koronavirusdan ölüm sayı 631 olub. Bununla da ölkədə ölüm sayı 100.162-ə çatıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, yoluxma sayı isə ötən gün 20.089 nəfərə, ümumilikdə isə 3.689.746-a yüksəlib. İngiltərədə noyabrın 11-də koronavirusdan ölüm sayı 50 min olduğu halda, həmin gündən bu günədək iki qat artaraq 100 mini keçib.