Bu ölkədə 3 minə yaxın adamda meymunçiçəyi AŞKARLANDI
23 iyul 2022 16:22 (UTC +04:00)

Bu ölkədə 3 minə yaxın adamda meymunçiçəyi AŞKARLANDI

Meymunçiçəyi virusu ilk dəfə Amerikada uşaqlarda aşkarlanıb. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, yoluxma Kaliforniyada və Vaşinqtonda 2 uşaqda qeydə alınıb. Uşaqların səhhəti yaxşıdır. Hazırda onların necə və hansı yolla yoluxduqları araşdırılır. 

Qeyd edək ki, ABŞ-da meymunçiçəyi virusu indiyədək ən azı 8-i qadın olmaqla 2800-dən çox insanda görülüb.

Adətən heyvandan insana, nadir hallarda isə insandan insana keçən virus bədəndə yüksək hərarət və qaşınma səpkilərə səbəb ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1658

Oxşar yazılar