Belçika hökuməti nüvə enerjisindən imtinanı 6 il təxirə salıb.
Lent.az-ın “Figaro”ya istinadla xəbərinə görə, buna səbəb Ukrayna münaqişəsi fonunda enerji qiymətlərinin kəskin artmasıdır.
Ölkə 10 il əvvəl nüvə enerjisindən imtina üzrə proqram qəbul etmişdi. Proqramda son müddət 2025-ci il müəyyən olunmuşdu.
Hazırda Belçikada 6 AES fəaliyyət göstərir.