ABŞ əsas B61 atom bombasını B61-13 variantına təkmilləşdirməyə qərar verib.
Lent.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
“Birləşmiş Ştatlar Konqresin təsdiqi və müvafiq maliyyə vəsaiti ilə B61 sərbəst düşə bilən nüvə bombasını B61-13 variantına təkmilləşdirmək niyyətindədir”, - press-relizdə deyilir.