Rusiya İkinci Dünya Müharibəsindən sonra iştirak etdiyi bütün hərbi münaqişələrdə itirdiyi hərbçilərin sayı son bir ildə Ukraynada itirdiklərindən azdı.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qərbin strateji tədqiqat mərkəzləri məlumat yayıb.
Onların məlumatına görə, Ukraynada müharibə başlayandan Rusiya 200 mindən çox hərbçi və muzdlu döyüşçüsünü itirib.
Bildirilir ki, son 78 il ərzində SSRİ-nin varisi olan Rusiya ən çox Əfqanıstanda (14-16 min) və Çeçenistandakı müharibədə (12-25 min) itki verib.