Bu jurnalistlərə zirehli gödəkçə verəcək
17 mart 2022 20:21 (UTC +04:00)

Bu jurnalistlərə zirehli gödəkçə verəcək

0

UNESCO Ukraynada fəaliyyət göstərən jurnalistlərə zirehli gödəkçə və dəbilqə verəcək.

Lent.az-ın “Figaro”ya istinadla xəbərinə görə, bunu qurumun baş katibi Odre Ozule bildirib.

“Jurnalistlər hər gün həyatlarını təhlükəyə ataraq Ukraynadakı müharibə reallıqlarını dünyaya çatdırırlar. Minlərlə media işçisi Ukraynada heç bir fərdi mühafizə vasitəsi olmadan çalışır” deyə, Ozule qeyd edib.

Qurum ilk mərhələdə 125 jurnalisti gödəkçə və dəbilqə ilə təmin etmək istəyir. 

Qeyd edək ki, Ukraynada mart ayında peşə fəaliyyətini yerinə yetirərkən 5 jurnalist öldürülüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1676

Oxşar yazılar