“Twitter”in San-Fransiskodakı baş ofisində işçilər üçün çarpayılar quraşdırılıb.
Lent.az xəbər verir ki, bu barədə BBC jurnalisti Ceyms Kleyton “Twitter” səhifəsində fotolar paylaşıb.
Onun sözlərinə görə, kabinetdə çarpayı kimi düzülmüş bir neçə divan da var.
“Görünür, bir çox “Twitter” işçisi gecəni işdə qalır”, - deyə o bildirib.