Bu ərazilərdə 45 dərəcə isti olacaq
14 iyul 2023 07:30 (UTC +04:00)

Bu ərazilərdə 45 dərəcə isti olacaq

Yaxın iki həftə ərzində Aralıq dənizi regionunda havanın temperaturu orta hesabla normadan 1-5 dərəcə yüksək olacaq.

Lent.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, belə bir proqnozu cümə axşamı Cenevrədə BMT-nin Ümumdünya Meteorologiya Təşkilatı (WMO) açıqlayıb.

"Gündəlik ən yüksək temperatur bir çox yerlərdə tez-tez 35-40 dərəcəni keçəcək, Yaxın Şərq və Türkiyənin cənub-şərqində bəzi yerlərdə 45 dərəcəyə qədər yüksələcək. Çox güman ki, bu cür hava şəraiti avqust ayında da davam edəcək”, - təşkilatın açıqlamasında deyilir.

Meteoroloqlar bununla bağlı günvurma və meşə yanğınları riskinin artması ilə bağlı xəbərdarlıq ediblər.

Aralıq dənizinin səthində temperatur da yaxın günlərdə və həftələrdə müstəsna dərəcədə yüksək olacaq, bəzi ərazilərdə 30 dərəcəni keçəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7482
avatar

Oxşar yazılar