Bu 2 ölkə  NATO-ya daxil olmaq istəyir  
11 aprel 2022 04:41 (UTC +04:00)

Bu 2 ölkə NATO-ya daxil olmaq istəyir  

Finlandiya və İsveç bu yayda NATO-ya üzv olmaq niyyətindədir.

Lent.az-ın xəbərinə görə, bunu Times qəzeti Alyansdakı mənbəyə istinadla yayıb.

Mənbənin bildirdiyinə görə, hər 2 ölkənin NATO-ya üzvlüyü məsələsi xarici işlər nazirlərinin görüşlərində dəfələrlə müzakirə olunub. 
“Görünür Finlandiya kimi İsveç də yayda üzvlük üçün ərizə verəcək” – deyə mənbə bildirib.
 Avropa diplomatları qəzetə bildiriblər ki, sözügedən ölkələrin NATO-ya qəbul edilməsi Alyansı möhkəmləndirə bilər. 
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2052
avatar

Oxşar yazılar