Britaniyanın yeni baş naziri seçildi
05 sentyabr 2022 15:46 (UTC +04:00)

Britaniyanın yeni baş naziri seçildi

O, Mühafizəkarlar Partiyasının lideri postu uğrunda mübarizədə rəsmi olaraq qalib elan edilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Liz Trass rəsmi olaraq Mühafizəkarlar Partiyasının rəhbərliyinin qalibi elan edilib və Böyük Britaniyanın baş naziri postunu tutacaq.

Bu barədə bazar ertəsi partiyadaxili səsvermənin nəticələrinə görə məlumat verilib.

47 yaşlı Trassın namizədliyi üçün Mühafizəkarlar Partiyasının 81 326 adi üzvü səs verib.

Onun rəqibi, 42 yaşlı keçmiş maliyyə naziri Rişi Sunak 60 min 399 səs toplayıb.

Beləliklə, hakim partiyanın lideri kimi Trass sentyabrın 6-da baş nazir postunda Boris Consonu əvəz edəcək və yeni hökuməti təyin edəcək.

Trass Böyük Britaniyanın 56-cı (və ya bir neçə dəfə bu vəzifəni tutanlar nəzərə alınmaqla 78-ci) və Kraliça II Yelizavetanın dövründə isə 15-ci baş nazir olacaq. O, həmçinin Marqaret Tetçer (1979-1990-cı illərdə Nazirlər Kabinetinə rəhbərlik edib) və Tereza Meydən (2016-2019-cu ilə qədər) sonra Nazirlər Kabinetinə rəhbərlik edən üçüncü qadın olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1989
avatar

Oxşar yazılar