Britaniyanın himni dəyişdirilir – KRALİÇAYA GÖRƏ
10 sentyabr 2022 04:31 (UTC +04:00)

Britaniyanın himni dəyişdirilir – KRALİÇAYA GÖRƏ

Böyük Britaniya kraliçası 2-ci Elizabetin ölümü bank-maliyyə sisteminə də təsir edib. 

Lent.az xəbər verir ki, ölkədəki pullar və poçt markaları kraliçanın adına bağlı olduğu üçün bunların dəyişdirilməsi gözlənilir. Hələlik kraliçanın təsviri olan bütün pullar dövriyyədə olsa da, yaxın gələcəkdə bunların dəyişdirilməsi zərurəti yaranıb.  

Britaniya tarixində ilk dəfədir belə hal baş verir. 2-ci Elizabet pul üzərində təsviri olan ilk Britaniya hökmdarıdır. Onun vəfatı ilə pul və poçt markalarının dəyişdirilməsi məsələsi müzakirə mövzusu olub. Məsələyə Britaniya Mərkəzi Bankının sədri Endryu Beyli aydınlıq gətirib: “Ülyahəzrət kraliçanın ölümünü dərin kədər hissi ilə qarşıladıq. Mərkəzi bankın adından kral ailəsinə dərin hüznlə başsağlığı verirəm. Lakin pulların dəyişdirilməsi məsələsi sentyabrın 18-də dəfn mərasimi başa çatdıqdan sonra müzakirə edilə bilər. Ülyahəzrət kraliçanın təsviri olan pullar hələ ki qanuni ödəniş vasitəsidir”. 

Məsələ təkcə Britaniya və funt-sterlinqlə bitmir. Millətlər birliyinə daxil olan bütün ölkələrdə pullar, poçt markaları, pasportlar və digər rəsmi sənədlərin dəyişdirilməsi müzakirə mövzusudur. Rəsmi nitqdə, məktublarda və himndə “ülyahəzrət kraliça” yerinə, “əlahəzrət kral” ifadəsi yer alacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1833
avatar

Oxşar yazılar