Britaniya Əfqanıstanda İŞİD-i bombalamağa hazır olduğunu bildirdi
31 avqust 2021 08:25 (UTC +04:00)

Britaniya Əfqanıstanda İŞİD-i bombalamağa hazır olduğunu bildirdi

“Böyük Britaniya Əfqanıstanda İŞİD-in hədəflərinə yeni hücumlar etməyə hazırdır”.

APA xəbər verir ki, bunu Britaniya Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi Maykl Uiqston "The Daily Telegraph" qəzetinə müsahibəsində bildirib.

“Nəticə etibarilə hər şey İŞİD-i məğlub etmək üçün qlobal koalisiyada rol oynaya bilməyimizə bağlıdır: istər zərbə endirməklə, istərsə də silahları müəyyən bir ölkəyə tez və lazımi miqdarda köçürməklə”, deyə Baş Qərargah rəisi vurğulayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1431
avatar

Oxşar yazılar