Bosforda gəmilərin hərəkəti bərpa olundu -YENİLƏNİB
02 sentyabr 2022 04:43 (UTC +04:00)

Bosforda gəmilərin hərəkəti bərpa olundu -YENİLƏNİB

0

Bosfor boğazında saya oturan gəmi təhlükəsiz yerə dartılıb.
Lent.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, 173 metr uzunluğundakı “LADY ZEHMA” gəmisi baxış üçün limana aparılıb. Boğazda gəmilərin hərəkəti bərpa olunub. 
 

***

00.43

Ukraynadan gələn gəmi Bosfor boğazında saya oturub.

Lent.az-ın “Milliyyet” qəzetinə istinadla xəbər verir ki, 173 metr uzunluğundakı “LADY ZEHMA” gəmisi saya oturduğu üçün boğazda naviqasiya müvəqqəti olaraq dayandırılıb. 

Hadisə yerinə KURTARMA-5, KURTARMA-6, KURTARMA-9, KURTARMA-12 və NAZIM TUR yedəkçi gəmiləri yollanıb. Hazırda gəminin boğaza çəkilməsi üçün iş gedir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2517

Oxşar yazılar