Bir fotonun hekayəsi:   Niyə Hitler onun əlini sıxmamışdı?
01 may 2022 14:41 (UTC +04:00)

Bir fotonun hekayəsi: Niyə Hitler onun əlini sıxmamışdı?

0

Cessi Ouensin Berlin Olimpiadasındakı uğur hekayəsi ekranlaşdırılıb.

“İradənin gücü” filmi 2016-cı ildə nümayiş olunub.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, qaradərili amerikalı yüngül atlet Cessi Ouens 1936-cı il Olimpiya Oyunlarının qəhrəmanı olub.


 

“Ari millətinin” nümayəndəsi dörd qızıl medal qazanıb.

Ouens 100 və 200 metr məsafələrə qaçışda, 4×100 metrlik estafetdə (dünya rekordu ilə) və uzunluğa tullanmada qalib gəlib.

Əfsanəyə görə, Almaniyanın başçısı Adolf Hitler dərisinin rənginə görə Cessinin əlini sıxmaqdan imtina edib.

Baxmayaraq ki, idmançı özü fürerin ona lojasından hərarətlə əlini yellədiyini söyləyib.

Əslində, Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Anri de Baye-Latur Hitlerdən olimpiadaya neytrallığını qorumağı və qalibləri şəxsən salamlamamağı xahiş edib.
 
 
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2724

Oxşar yazılar