Bill Klinton
17 oktyabr 2021 21:21 (UTC +04:00)

Bill Klinton

Bill Klinton xəstəxanadan evə buraxıldı

ABŞ-ın keçmiş prezidenti Bill Klinton bazar günü “UC Irvine” Tibb Mərkəzindən evə buraxılıb.

APA xəbər verir ki, bu barədə Klintonun sözçüsü Angel Urenya “Twitter” səhifəsində yazıb.

O, əlavə edib ki, hazırda keçmiş prezidentin səhhəti normaldır. Klinton müalicəsini Nyu-Yorkdakı evinə davam etdirəcək.

Xatırladaq ki, ABŞ-ın 1993-2001 -ci illərdə 42-ci prezidenti olmuş Bill Klinton oktyabrın 12-də sidik yolu infeksiyasının səbəb olduğu güman edilən sepsis diaqnozu ilə Kaliforniya ştatında xəstəxanaya yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1335

Oxşar yazılar