Böyük Britaniyada qəribə hadisə yaşanıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Suonsi şəhərindən 27 yaşlı Keyli Sted nişanlısının onu toya bir gün qalmış tərk etməsinə baxmayaraq özünə toy edib.
Bəyin onu tərk etməsinin səbəbi isə Keyli belə izah edib:
“Toydan bir gün əvvəl Kallum öz dostları ilə əylənib. Səhəri gün Kallumun dostları mənə dedi ki, o, gecə anasının avtomobili ilə harasa gedib. Arada olur ki, maşınla gəzintiyə çıxır və ya əsəbi olanda tək qalmağa ehtiyacı olur. Mənim də ümidim var idi ki, qayıdacaq. Amma səhər atası mənə dedi ki, o, qayıtmayacaq”.
Buna görə ümidsizliyə qapılan gəlin son anda dostları və qohumları ilə vaxt keçirmək istədiyi üçün toyu ləğv etməməyə qərar verib:
"Çox pul xərclədim. Əylənməyi, atamla rəqs etməyi, ailəmlə vaxt keçirməyi səbirsizliklə çoxdan gözləyirdim. Niyə də olmasın?! Xoşbəxt olmaq üçün kiminsə sevgisinə ehtiyacım yoxdur".
Daha sonra toyu ürəyincə keçirən Keyli Sted toy tortuna yumruq vurandan sonra onu yeyib.