Dövlət Dumasının Əmək, Sosial Siyasət və Veteranlarla İş üzrə Komitəsinin üzvü Svetlana Bessarab ailələrə beşinci övladının doğulması üçün mənzil ayrılması təşəbbüsünü dəstəkləyib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, onun sözlərinə görə, bu təklifə xüsusi diqqətlə yanaşmaq və mümkünsə, federal büdcədən vəsait ayırmaq lazımdır.
Qeyd edək ki, Dövlət Dumasının Ailə, Qadın və Uşaq Komitəsinin rəhbəri Nina Ostanina beşinci övladının dünyaya gəlməsi üçün ailələrə pulsuz mənzil verilməsi ideyasını səsləndirib.