Berluskoni  40 gündən sonra   xəstəxanadan çıxdı
19 may 2023 17:57 (UTC +04:00)

Berluskoni 40 gündən sonra xəstəxanadan çıxdı

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni xroniki leykemiya ilə əlaqəli ağciyər infeksiyası müalicəsi üçün xəstəxanaya yerləşdirildikdən 40 gün sonra Milanın “San Raffaele” xəstəxanasından evə buraxılıb.

Lent.az bildirir ki, bu barədə “Reuters” məlumat yayıb.

Berluskoninin qara limuzinlə yola salınmasının görüntüləri yayılıb və onun “İrəli İtaliya” mühafizəkarlar partiyasından olan mənbə siyasətçinin “San Raffaele” xəstəxanasını tərk etdiyini təsdiqləyib.

Xəstəxanaya yerləşdirildikdən sonra həkimlər Berluskoninin qan xərçəngi olan xroniki miyelomonositar leykemiyadan xəstə olduğunu bildiriblər.

Berluskoninin səhhəti son illər pisləşib. O, 2016-cı ildə ürək əməliyyatı keçirib və üç il əvvəl COVID-19-a yoluxduqdan sonra dəfələrlə xəstəxanaya yerləşdirilib.

86 yaşlı Berluskoninin aprelin 5-də təcili xəstəxanaya çatdırılması və 10 gündən çox reanimasiyada qalması onun həyatının təhlükədə ola biləcəyi ilə bağlı fərziyyələrə səbəb olub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1365
avatar

Oxşar yazılar