Fransanın Reze Kommunasının (Nant şəhəri yaxınlığında) bələdiyyə sədri iş otağında özünü asıb.
Lent.az-ın xəbərinə görə, intihar hadisəsi ölkəni sarsıdıb.
58 yaşlı Erve Nonun üzərindən vida məktubu və yas mərasiminin təşkili barədə təkliflər tapılıb.
Polis məsələni araşdırır. Bildirilib ki, bələdiyyənin fəaliyyətində heç bir problem qeydə alınmayıb.