Belarus prezidentinə qarşı sui-qəsd hazırlandı
17 aprel 2021 22:38 (UTC +04:00)

Belarus prezidentinə qarşı sui-qəsd hazırlandı

Rusiya paytaxtında ABŞ və Belarus ikili vətəndaşlığı olan Yuri Zenkoviç və Belarus vətəndaşı Aleksandr Feduta saxlanılıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə əlaqələr mərkəzi məlumat yayıb.

Məlumata görə, həmin şəxslər may ayının 9-da Minskdə hərbi çevriliş etməyi və Belarus Prezidenti Aleksandr Lukaşenkonun fiziki yolla hakimiyyətdən kənarlaşdırılmasını planlaşdırırmışlar.

“Rusiya FTX Belarus Respublikasının Dövlət Təhlükəsizlik Komitəsi ilə birlikdə keçirdiyi xüsusi əməliyyat zamanı yerli və ukraynalı millətçilərin cəlb edilməsi yolu ilə Belarusda “rəngli inqilab” ssenarisinin işlənilməsi əsasında hərbi çevriliş təşkil etməyi və prezident Aleksandr Lukaşenkonun fiziki olaraq hakimiyyətdən kənarlaşdırılmasını planlaşdıran ABŞ və Belarus vətəndaşlığı olan Yuri Leonidoviç Zenkoviç və Belarus vətəndaşı Feduta Aleksandr İosifoviçin qanunsuz fəaliyyətləri ifşa olunub”, - deyə məlumatda qeyd olunub.

Məlumata görə, Zenkoviç və Feduta messencerlərdən biri vasitəsilə apardıqları şəxsi söhbətlərində Belarus Respublikasında silahlı üsyan planının müzakirəsini təşkil ediblər və Moskvada ölkənin Silahlı Qüvvələrinin müxalif yönümlü generalları ilə fərdi görüş keçirməyi qərara alıblar.

Zenkoviç Moskvaya gəldikdən sonra ABŞ və Polşadakı məsləhətləşmələrdən sonra görüş paytaxt restoranlarından birinin kabinəsində baş tutub, görüş zamanı sui-qəsdçilər “Belarus generalları”na bildiriblər ki, planlarının uğurla həyata keçirilməsi üçün respublikanın bütün yüksək rəhbərliyini fiziki cəhətdən kənarlaşdırmaq lazımdır.

Onlar xüsusi olaraq xalqa müraciətlərini yayımlamaq üçün radio və televiziya mərkəzlərinin ələ keçirilməsinin və paytaxtda hazırkı hökumətə sadiq olan daxili qoşunlar və çevik polis qüvvələrinin bloklanmasının nəzərdə tutulduğu hərbi çevriliş planını ətraflı müzakirə ediblər.

Belarus prezidentinin hakimiyyətdən kənarlaşdırılması ilə konstitusiya quruluşunun dəyişdirilməsi və ölkənin idarə edilməsini “Milli Sülh Komitəsi”nə həvalə olunması yekun hədəf olaraq qarşıya qoyulmuşdu.

Zenkoviç və Feduta ilə bağlı Belarus istintaq orqanları Cinayət Məcəlləsinin 357-ci maddəsi (sui-qəsd və ya dövlət hakimiyyətini ələ keçirmək məqsədi ilə törədilən digər hərəkətlər) ilə cinayət işi başlanılıb.

# 2181
avatar

Sərxan Kamallı

Oxşar yazılar

Alimlər 150 dəqiqə ərzində sintetik almaz  yaratdılar

Alimlər 150 dəqiqə ərzində sintetik almaz yaratdılar

25 aprel 2024 , 06:15
Londonda süvari birliyindən qaçan atlar  dörd nəfəri yaralayıb

Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb

25 aprel 2024 , 05:15
Şoyqu həbs edilən  müavinini vəzifəsindən uzaqlaşdırdı

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırdı

25 aprel 2024 , 00:48
ABŞ-da "TikTok" qadağan edildi

ABŞ-da "TikTok" qadağan edildi

24 aprel 2024 , 21:54
Navalnıya görə işdən çıxarıldı

Navalnıya görə işdən çıxarıldı

24 aprel 2024 , 11:47
Panamada güclü zəlzələ  baş verdi

Panamada güclü zəlzələ baş verdi

24 aprel 2024 , 08:27
Argentina iranlı nazirin  həbs edilməsini tələb etdi

Argentina iranlı nazirin həbs edilməsini tələb etdi

24 aprel 2024 , 07:47
Hindistan ballistik raketi  sınaqdan keçirdi

Hindistan ballistik raketi sınaqdan keçirdi

24 aprel 2024 , 06:52