Polşa prezidenti Andjey Dudanın təyyarəsi Varşavada qəza enişi edib.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, o, Jeşuv şəhərinə ABŞ prezidenti Co Baydenlə görüşə gedirmiş.
Xatırladaq ki, Jeşuv şəhəri Ukraynanın Lvov şəhəri ilə sərhəddə yerləşir.
Qeyd edək ki, ABŞ prezidenti Co Bayden bu gün Polşaya gəlib.