Amerika prezidenti Co Baydenin həyat yoldaşı əməliyyat olunacaq.
Lent.az-ın CNN-ə istinadən məlumatına görə, Amerikanın birinci xanımı Cil Baydenin sağ gözünün üstündə əmələ gələn şiş əməliyyatla götürüləcək.
Məlumata görə, onun üzündəki şişlik dəri xərçəngi müayinəsi zamanı aşkar edilib. Ağ evin şəxsi həkimi Kevin Konner əməliyyatın bu ayın 11-də baş tutacağını bildirib:
"Həkimlər onun çıxarılmasını tövsiyə etdilər. Amma həddindən artıq ehtiyatlı davranmaq lazımdır”.
Cil Baydenin əməliyyatı Merilend ştatının Bethesda şəhərində yerləşən Valter Rid adına Milli Hərbi Tibb Mərkəzində həyata keçiriləcək.
Qeyd edək ki, Co Baydenin 71 yaşlı həyat yoldaşı müasir Amerika tarixində fəaliyyət göstərən ən yaşlı birinci xanımdır. O, həftədə bir neçə dəfə idmanla məşğul olur, sağlam qidalanmağa üstünlük verir.