ABŞ prezidenti Co Bayden Cənubi Karolinada tribunda çıxış edib.
Lent.az xəbər verir ki, tribunaya qalxmazdan əvvəl Bayden bir neçə dəfə tribunanı təpikləyib.
Bundan sonra tamaşaçılara arxa çevirərək prosesi davam etdirməyə çalışıb.
"Nəyi təpiklədiyimlə maraqlanırsınızsa, mən podiumu təpikləyirəm. Bu işə yaramır", - Bayden şikayətlənib.
Bundan sonra o, zarafat edib ki, kürsüyə çıxsa, boyu uzanacaq.