Bayden tarixin  ən pis prezidenti   adlandırıldı
04 aprel 2022 07:02 (UTC +04:00)

Bayden tarixin ən pis prezidenti adlandırıldı

ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens hazırkı prezident Co Baydeni müasir tarixin ən pis lideri adlandırıb.

Lent.az xəbər verir ki, bu barədə o "Fox News" telekanalında çıxışı zamanı deyib.

"Düşünürəm ki, prezident Bayden müasir tarixdə Amerikaya başqa prezidentlərdən daha çox zərər vurub. Ölkə daxilində hazırda tariximizin ən pis böhranı baş verir",- deyə Pens bildirib.

Siyasətçi son 14 ayda ABŞ-da inflyasiyanın son 40 ilin ən yüksək həddinə çatdığına diqqət çəkib və ölkədə benzinin qiymətinin 70 faiz bahalaşdığını bildirib.

Pens həmçinin hazırkı administrasiyanın koronavirus pandemiyasına qarşı mübarizədə səhvlərinə və ordunun Əfqanıstandan çıxarılmasına diqqət çəkib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2214
avatar

Oxşar yazılar