ABŞ Prezidenti Co Bayden Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyeni 2024-cü ildə NATO-ya rəhbərlik etməyə ən yaxşı namizəd hesab edir.
Lent.az xəbər verir ki, bu barədə “The Daily Telegraph” alyansdakı adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.
Amerikalı lider növbəti mərhələdə hazırkı baş katibi Yens Stoltenberqin layiqli əvəzləyicisinin tapılamayacağından ehtiyat etdiyi üçün alman siyasətçini NATO-ya rəhbərlik etməyə inandırmağa çalışıb.
"Gələn il problem yaşayacağıq, çünki vəziyyətin bu ildən yaxşı olmayacağı bəlli olur", - deyə başqa bir mənbə qeyd edib.
Bildirilib k, Bayden və fon der Leyen son illər Çin, Ukrayna və iqlimlə bağlı transatlantik əlaqəni gücləndirən “güclü bağ” inkişaf etdiriblər.